Türkiyə ilk dəfə bu ölkə üçün hərbi gəmi inşa etdi

Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqı (Aİ) üzvü olan bir ölkə üçün hərbi gəmi inşa edib.

Referans Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü, iyunun 20-də “Cam Roman” patrul gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində çıxışı zamanı bildirib.

“Hərbi gəmiqayırma sənayemiz Türkiyə Cümhuriyyətinin 103 illik tarixində ən intensiv və ən məhsuldar günlərini yaşayır. Biz eyni vaxtda ən çox hərbi gəmi inşa edən ölkələrdən biriyik”, - deyə o qeyd edib.

Türkiyə lideri əlavə edib ki, son illərdə respublika dünyanın müxtəlif dövlətləri üçün 140-dan çox gəmi inşa edib. Onun sözlərinə görə, əgər 23 il əvvəl müdafiə sənayesinin illik ixracı 248 milyon dollar təşkil edirdisə, hazırda bu həcmdə məhsul bir həftədən az müddətdə istehsal olunur.

May ayında Ərdoğan ABŞ ilə “F-35” qırıcılarının alınması məsələsini müzakirə etməyə davam etdiklərini bildirmişdi. Türkiyə lideri bu sövdələşmə ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini vurğulamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki