Sorğu: Trampın İran siyasəti bəyənilmir!

Yeni sorğu nəticələri ABŞ ictimaiyyətinin Donald Trampın İrana qarşı siyasətindən narazı olduğunu göstərir.

Referans Media xəbər verir ki, “Associated Press” və NOREC-in birgə keçirdiyi sorğuya əsasən, amerikalıların əksəriyyəti Trampın İranla bağlı müharibə siyasətini dəstəkləmir və ABŞ-nin hərbi əməliyyatlarının həddindən artıq olduğunu düşünür.
 

Sorğunun nəticələrinə görə, ABŞ yetkin əhalisinin 65 faizi Trampın İranla bağlı addımlarından narazıdır. Bu narazılıq əsasən Demokratlar və müstəqil seçicilər arasında daha yüksək olsa da, Respublikaçıların da 28 faizi prezidentin İran siyasətini tənqid edir.


Eyni zamanda sorğu göstərir ki, Trampın ümumi bəyənmə reytinqi 37 faiz səviyyəsində qalır və son aylarda ciddi dəyişiklik qeydə alınmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki