Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Referans Media “report.az”a istinadla xəbər verir ki, hadisə 42-ci məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.








  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki