image-mossardbackend

Mossad rəhbəri ABŞ-yə gəldi: İranla bağlı gizli məsləhətləşmələr başlayır

İsrailin xarici kəşfiyyat xidməti Mossadın direktoru David Barnea İran ətrafında artan gərginlik fonunda ABŞ-yə səfər edib.

Referans Media  xəbər ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Barnea cümə günü Vaşinqtona gələrək İranla bağlı mövcud vəziyyət, ölkədə davam edən etirazlar və ABŞ-nin mümkün hərbi addımları ilə əlaqədar yüksək səviyyəli məsləhətləşmələr aparmağı planlaşdırır. Məlumata görə, Mossad rəhbərinin əsas görüşlərindən biri Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə olacaq.

“Axios”un yazdığına görə, Stiv Uitkoff hazırda İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa əlaqə saxlayan əsas fiqurlardan biridir və Vaşinqton–Tehran arasında dolayı diplomatik kanalda mühüm rol oynayır. Bu baxımdan Barnea–Uitkoff görüşü İranla bağlı həm diplomatik, həm də təhlükəsizlik ssenarilərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Siyasi müşahidəçilər hesab edirlər ki, Mossad rəhbərinin ABŞ-yə səfəri İran ətrafında vəziyyətin kritik mərhələyə daxil olduğunun göstəricisidir. Bir tərəfdən İranda kütləvi etirazların davam etməsi, digər tərəfdən isə Vaşinqtonun mümkün hərbi variantları gündəmdə saxlaması İsrail üçün birbaşa təhlükəsizlik riskləri yaradır. Bu səbəbdən Təl-Əviv ABŞ ilə koordinasiyanı maksimum səviyyəyə qaldırmağa çalışır.

Ekspertlərin fikrincə, görüşlər zamanı İranda hakimiyyətin zəifləməsi ssenariləri, mümkün hakimiyyət dəyişikliyi, regionda İsrailə yönələn təhdidlər, eləcə də ABŞ–İran münasibətlərinin gələcək trayektoriyası müzakirə oluna bilər. Eyni zamanda İsrail kəşfiyyatının əldə etdiyi məlumatların ABŞ tərəfi ilə bölüşdürülməsi də əsas mövzulardan biri sayılır.

Qeyd edək ki, son həftələr ABŞ və İran arasında ritorika daha da sərtləşib, qarşılıqlı hədələr səsləndirilib və bölgədə genişmiqyaslı toqquşma ehtimalları beynəlxalq mediada ciddi müzakirə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki