Naxçıvanda ağır qəza: Ölən və yaralılar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Referans Media xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.


Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü S.Q isə həyatını itirib.


Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./"Report"/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki