Neft kəskin ucuzlaşdı – “Brent” 94 dollardan aşağı düşdü

Dünya bazarında neftin qiymətində kəskin azalma qeydə alınıb. “Brent” markalı xam neftin qiyməti Londonun ICE birjasında 21 apreldən bəri ilk dəfə barrel üçün 94 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 20:54-ə olan məlumata görə, avqust ayı üçün “Brent” markalı xam neftin fyuçersləri 6,22 faiz ucuzlaşaraq 93,98 dollara enib.

ABŞ-ın “WTI” markalı neftinin qiymətində də ciddi geriləmə olub. İyul ayı üçün “WTI” fyuçersləri 6,37 faiz azalaraq 90,45 dollara düşüb.

Beləliklə, hər iki əsas neft markasında eyni vaxtda ciddi ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, “Brent”in 94 dollardan aşağı düşməsi son həftələrin ən diqqətçəkən göstəricisidir. //Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki