Leandro Andrade “Qarabağ”dan ayrıla bilər.
Referans Media xəbər verir ki, “Polessye” klubu vingerin transferi üçün “atlılar”la anlaşıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Qarabağ” Andradeni 3 milyon avroya yaxın məbləğ qarşılığında satmağa razı olub.
Leandro 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir. O, başa çatan mövsümdə 51 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə edib./Publika.az
