21 iyun gecəsi Ekvador və Kurasao arasında 2026-cı il Dünya Kuboku qrup mərhələsinin ikinci tur matçı keçirilib. E qrupunun oyunu ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində keçirilib və qolsuz heç-heçə ilə başa çatıb.
Referans Media xəbər verir ki, Eloy Rom matçın oyunçusu seçilib.
Kurasaonun qapıçısı 15 seyv edib. 37 yaşlı qapıçı əsas vaxtda seyvlər üzrə DÇ rekorduna imza atıb. Bütün zamanların rekordu 2014-cü ildə Belçikaya qarşı matçda 16 zərbəni (əlavə vaxt da daxil olmaqla) dəf edən amerikalı Tim Hovarda məxsusdur./Publika.az
