“Neftçi” məşhur hücumçunu   Bakıya   gətirdi

  “Neftçi” azarkeşlərinin yolunu gözlədiyi Vensan Abubakardan xəbər var.

Referans.az  sportinfo.az-a istinadən xəbər verir ki, kamerunlu hücumçu artıq Bakıdadır.

Uzun sürən danışıqlardan sonra afrikalı forvardla bütün detallarda razılıq əldə olunub. 

Portuqaliyanın “Portu”, Türkiyənin “Beşiktaş”, Fransanın “Loryan” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış etmiş afrikalının son ünvanı “Hatayspor” (Türkiyə) olub.

33 yaşlı legioner ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki