İsrail Baş naziri Binyamin Netanyahu İran xalqının 16 gündür davam edən etirazlarını yaxından izlədiklərini açıqlayıb.
Netanyahu, Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamada bildirib ki, etirazlar artıq bütün ölkəyə yayılıb və İsrail cəmiyyəti İranlıların göstərdiyi cəsarəti böyük məmnuniyyətlə qarşılayır.
Baş nazir əlavə edib ki, İsrail İran xalqının azadlıq mübarizəsinin arxasında dayanır və günahsız insanlara qarşı törədilən zorakılıqları qətiyyətlə qınayır. Netanyahu, İran xalqının tezliklə təzyiqdən qurtulacağına ümid etdiyini və gələcəkdə iki ölkə arasında yenidən müsbət əlaqələrin qurulacağına inandığını vurğulayıb.























