image-netanyahu-iran-a-karsi-savasta-yari-yolun-otesine-gectik-19701158_8866_ampbackend

Netanyahunun qərarı dünyanı silkələdi: Livana hücumlar dayandırılmayacaq

İsrailin Baş naziri Benyamin Netanyahu Pakistan Baş naziri Şahbaz Şərifin “İran ilə ABŞ və müttəfiqləri arasında əldə olunmuş 2 həftəlik atəşkəsin Livan və digər bölgələrdə də qüvvəyə minib” açıqlamasına rəğmən, atəşkəsin Livanı əhatə etmədiyini bildirib.

Referans Media xəbər verir ki, Netanyahunun açıqlamasına görə, İsrail ABŞ Prezidenti Donald Trampın İranla bağlı 2 həftəlik atəşkəsi dəstəkləyir, lakin bu atəşkəs Livana şamil deyil. Baş nazir qeyd edib ki, İsrail İranın nüvə silahına malik olmamasını və ABŞ-ın bölgədəki səylərini dəstəkləyir, lakin bu, Livan istiqamətində əməliyyatların dayandırılması demək deyil.

O, əlavə edib: “İsrail, ABŞ Prezidenti Trampın İranla bağlı hərəkətlərini Teh­randa Hörmüz Boğazının açılması və atəşkəsin təmin olunması şərtləri ilə dəstəkləyir.”

İsrailin Livana hücumları davam edir

İsrailin Livanın cənubuna yönəltdiyi hücumlarda ilkin məlumata görə 4 nəfər həlak olub. Livanın rəsmi xəbər agentliyi NNA bildirib ki, İsrail ordusu Sur şəhərinə bağlı Əl-Xinyə və Əl-Mənsuri bölgələrini toplardan hədəf alıb. Bundan əlavə, Sur şəhərində yerləşən Hiram Xəstəxanası yaxınlığındakı binaya hava hücumu zamanı 4 nəfər həyatını itirib.

Livanın Nebatiye şəhərinə bağlı Şakra kəndində isə tibbi xidmətlərə aid məntəqə hədəf alınıb və bir neçə nəfər yaralanıb. İsrail döyüş təyyarələri həmçinin cənubda Ər-Reyhan kəndini bombalayıb.

Pakistan Baş naziri Şahbaz Şərif açıqlamasında atəşkəsin Livan və digər bölgələrdə də qüvvədə olduğunu vurğulasa da, Netanyahu bunu təkzib edərək atəşkəsin yalnız İranla əlaqəli olduğunu bildirib.

Livanın Səhiyyə Nazirliyi məlumat yayıb ki, 2 martdan bu yana İsrailin hücumları nəticəsində ölkədə 1530 nəfər həlak olub, həmçinin 1 milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki