Nigeriyada mülki şəxslərin hədəf alındığı hücumda ölənlərin sayı 170-ə çatdı

Nigeriyanın Kvara ştatında silahlı qrupların mülki şəxsləri hədəf aldığı hücumda həyatını itirənlərin sayı 170-ə yüksəlib.

Referans Media xəbər verir ki, Kvara Ştat Məclisinin deputatı Saidou Baba Ahmed bildirib ki, “Əlimdə olan məlumatlara görə ölənlərin sayı 170-ə çatıb. Bu səbəbdən əhali hələ də kolluqlarda daha çox cəsəd axtarır. 35 qadın qaçırılıb. Sağ qalanlar isə kolluqlarda gizlənir”.

Kvara ştatının qubernatoru Əbdülrəhman Əbdülrazaq isə qeyd edib ki, “Prezident Bola Əhməd Tinubu ‘Savannah Shield Əməliyyatı’ çərçivəsində günahkarlara qarşı bir ordu batalyonunun dərhal bölgəyə yerləşdirilməsini təsdiqləyib”.

Kvara Mərkəz Senatoru Saliu Mustapha da yazılı açıqlamasında silahlı bir qrupun dünən gecə ştatın Woro və Nuku bölgələrində hücumlar həyata keçirdiyini bildirmişdi.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də terror təşkilatları Boko Haram və İŞİD-in Qərbi Afrika qolu ISWAP-ın hücumlarına məruz qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki