"AzerGold” QSC-də yeni kadr təyinatları olub.
Referans Media xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Sahib Əfəndiyev “AzerGold” QSC-də maliyyə direktorunun müavini vəzifəsinə təyin olunub.
O, şirkətdə Maliyyə direktorunun müavini – Korporativ maliyyə və risklər üzrə fəaliyyət göstərir.
Sahib Əfəndiyev yeni vəzifəsindən əvvəl “AzerGold”da İnvestisiya və Qiymətləndirmə Analizi şöbəsinin rəhbəri olub. O, bu vəzifədə 2021-ci ilin fevralından 2026-cı ilin sentyabrınadək çalışıb.
O, 2019-cu ilin martından 2021-ci ilin yanvarınadək isə şirkətdə Strategiya, Qiymətləndirmə və Maliyyə Modelləşdirilməsi üzrə baş mütəxəssis vəzifəsini tutub./NOCOMMENT/
