“Məktəbə gəlməyin, pis hadisələr olacaq” – Şagirdin sözləri polisi hərəkətə keçirdi

Türkiyənin Tekirdağ vilayətinin Muratlı rayonunda lisey şagirdinin sinif yoldaşlarına “Bazar ertəsi məktəbə gəlməyin, pis hadisələr olacaq” dediyi iddiası narahatlığa səbəb olub. Hadisədən sonra polis hərəkətə keçib, şagirdin evində axtarış aparılıb.

Referans Media xəbər verir ki, qısa müddət əvvəl Çorlu rayonundan Muratlıya köçən, Anadolu liseyinin 9-cu sinfində təhsil alan A.B.T. adlı şagirdin bu sözləri ətrafındakılara dediyi iddia olunur. Onun yaxın vaxtlarda silahlarla bağlı ifadələr işlətdiyi barədə məlumatlar da aidiyyəti qurumlara çatdırılıb.

Məlumat əsasında Muratlı Rayon Polis İdarəsinin əməkdaşları şagirdin yaşadığı evdə axtarış keçiriblər. Araşdırma zamanı hər hansı hüquqazidd əşya və ya cinayət əlaməti aşkarlanmayıb.

Hadisə ilə bağlı şagirdin ifadəsi alınıb və hüquqi araşdırmaya başlanılıb.

İlkin qiymətləndirməyə görə, şagirdin özünü tənha hiss etdiyi və dostlarının olmaması səbəbindən diqqət çəkməyə çalışdığı ehtimal edilir. Bununla belə, hadisə ilə bağlı araşdırmanın nəticələri barədə əlavə rəsmi məlumat verilməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki