Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin işçilərinin say həddi 20-dən 5-ə endirilib.
Referans Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.
Qərarla nümayəndəliyin işçilərinin say həddini müəyyən edən əvvəlki qərarda dəyişiklik edilərək “20” rəqəmi “5” rəqəmi ilə əvəz olunub.
Qərar imzalandığı gündən qüvvəyə minib.
