“Eşref Rüya” serialında Eşref Tek obrazını canlandıran Türkiyəli aktyor Çağatay Ulusoy bu dəfə ailəsi ilə gündəmə gəlib. Məşhur aktyorun özündən təxminən 8 yaş kiçik qardaşı Atalay Ulusoyun fotoları sosial şəbəkələrdə maraq doğurub.
Referans Media xəbər verir ki, Atalay Ulusoyun böyük qardaşına bənzərliyi diqqət çəkib. Tünd saçları və üz cizgiləri ilə Çağatay Ulusoyu xatırladan Atalayın fotoları iki qardaşın görünüşünü müzakirə mövzusuna çevirib.
2010-cu ildə “Best Model of Turkey” yarışmasının qalibi olduqdan sonra tanınan Çağatay Ulusoy “Adını Feriha Koydum”, “Medcezir”, “İçerde”, “Hakan: Muhafız” və “Terzi” kimi layihələrdə rol alıb. Hazırda isə “Eşref Rüya” serialında Eşref Tek obrazı ilə tamaşaçıların qarşısına çıxır.
Qardaşı Atalay Ulusoy isə məşhur aktyordan fərqli olaraq, ictimaiyyətin diqqətindən uzaq həyat yaşayır. O, 2025-ci ildə Çağatay Ulusoyun baş rolunu canlandırdığı “Eşref Rüya” serialının çəkiliş meydançasına da baş çəkib. Qardaşların birlikdə çəkilmiş fotoları daha əvvəl də pərəstişkarların marağına səbəb olub.
Atalay Ulusoyun kino və film sahəsində təhsil aldığı bildirilir. Bununla belə, onun peşəkar fəaliyyəti barədə məlumatlar məhduddur.
Çağatay Ulusoyun ailəsi ilə bağlı maraq bundan əvvəl də gündəmə gəlib. Aktyorun ailəsinin köklərinin olduğu Bolqarıstanın Razqrad bölgəsindəki Belilom kəndinə səfəri zamanı çəkilən fotolarda atasına bənzərliyi diqqət çəkmişdi.
Bu dəfə isə diqqət mərkəzinə aktyorun qardaşı Atalay Ulusoy düşüb.
