Onların gəlirləri 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək

Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. 

Referans Media xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. 

Qeyd edilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.

Belə ki, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul olunub./"Unikal"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki