“Qalatasaray” – “Fənərbağça” derbisindəki davaya görə cəzalar

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray” klublarının futbolçularına cəza verib.

Referans Media TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, cəzalar komandalar arasında Türkiyə Superliqasında keçirilmiş oyunda baş verən insidentlə əlaqədardır. Buna futbolçuların qarşılaşma zamanı bir-biri ilə dava etməsi səbəb olub. Belə ki, “Fənərbağça”nın futbolçusu Arçi Braun 3, “Qalatasaray”ın oyunçusu Abdülkerim Bardakçı isə 2 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb./"Unikal"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki