Emin Ağalarovdan BÖYÜK ANONS - Dekabrın 15-də...

Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov dekabrın 15-də Moskvada yerləşən Live Arenada baş tutacaq böyük konsertinə hazırlaşır.

Referans Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında konsertlə bağlı maraqlı açıqlamalar verib.

O bildirib ki, gecədə məşhur ifaçılar Alsou, Roza Zərgərli, JONY və Lyusya Çebotina da onunla birlikdə səhnəyə çıxacaqlar.


Emin Ağalarovun sözlərinə görə, konsert boyunca orkestr də müşayiət edəcək. Bununla yanaşı, sənətçi ən sevilən mahnılarından ibarət xüsusi musiqi proqramı hazırladıqlarını açıqlayıb.

Müğənni konsertə gəlmək istəyənləri biletləri onun sosial şəbəkə hesabındakı hekayələrdə yerləşdirilən keçid vasitəsilə əldə etməyə dəvət edib.

Qeyd edək ki, konsert dekabrın 15-də Moskvanın Live Arena məkanında keçiriləcək./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki