Ombudsman fəaliyyətim dövründə hər zaman cəmiyyətdə vətəndaşların həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərmişik.
Referans Media-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) seçilməsi məsələsi müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva deyib.
Bildirib ki, ötən fəaliyyət dövründə cəmiyyətdə bütün ölkə ərazisində hüquqi mədəniyyətinin aşılanması və artırılması istiqamətində çalışıb. “Regional mərkəzlərin həm institusional baxımından möhkəmləndirilməsi, həm yeni coğrafi dairələrin əhatə olunması istiqamətində işlər aparılıb. Mütəmadi olaraq bu haqda hər il qanvericiliyə əsasən Milli Məclisdə çıxış etmişəm və bunu da xüsusi vurğulamalıyam ki, Milli Məclislə, qanvericilik hakimiyyəti ilə ombudsman arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub”, - S.Əliyeva əlavə edib.
Ombudsman bildirib ki, tərəfinizdən qaldırılan bütün təkliflər biz digər ölkələrlə müqayisə etsək, çox qısa zamanda öz həllini tapıb: “Bu da çox müsbət bir təcrübədir və burada beynəlxalq əməkdaşlığa bağlı təkliflər səslənildi. Azərbaycan ombudsmanı həm dünya miqyasında, bütün beynəlxalq, həm regional səviyyədə bütün təşkilatlarda, rəhbər strukturlarda təmsil olunub və Azərbaycan həqiqətlərini, Azərbaycan müsbət təcrübəsini orda səsləndirib. Namizdəliyimi etimad göstərib yenidən irəli sürdüyünə görə, cənab prezidentə təşəkkür edirəm”.
Ombudsmanlığa namizəd Elşanə Vəliyeva də ona göstərinlən etimada görə Prezidentə təşəkkür edərək, Səbinə Əliyevanı özünə ciddi rəqib hesab edib. “Səbinə Əliyeva ciddi rəqibdir. Çünki bir hakim kimi onun fəaliyyəti ilə yaxından tanışıq. O üzərinə düşən vəzifəni layiqincə yernə yetirir”, - o vurğulayıb.
Digər namizəd Ceyhun Qaracayev də ona göstərilən etimada görə ölkə başçısına təşəkkür edib./Musavat.com/
