Onların maaşı 12 ildən sonra 4 dəfə artdı

“Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manatdır”.

Referans Media  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, 2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əməkhaqqısı 4 dəfəyədək artıb:

“Sertifikatlaşdırmada yüksək nəticə göstərərək əməkhaqqısına 35 faiz əlavə alan 30 min 590 müəllimin orta aylıq əməkhaqqısı 1300 manatdır.

Sertifikatlaşdırmadan uğurla keçərək 10 faiz əlavə alan 60 min 818 müəllimin orta aylıq əməkhaqqısı 1010 manat təşkil edir.

Sertifikatlaşdırmada iştirak etməyən və ya ilk cəhddə uğur qazana bilməyən 23 min 984 müəllimin orta aylıq əməkhaqqısı isə 770 manatdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki