Türkiyədə dəhşət: Gənc qız üçün qurulan tələ qan dondurdu

Türkiyənin Konya şəhərində baş verdiyi iddia olunan hadisə böyük rezonans doğurub. İttihama görə, zərgərlik mağazasında işləməyə başlayan gənc qadın iş yeri rəhbəri tərəfindən içkisinə təsiredici maddə qatılaraq cinsi zorakılığa məruz qalıb.

İddialara əsasən, hadisə zamanı iş yeri rəhbərinin həyat yoldaşının da orada olduğu və baş verənləri mobil telefonla qeydə aldığı irəli sürülür.

Referans Media xəbər verir ki, şikayətçi qadının daha sonra başqa bir hadisə zamanı fiziki zorakılığa məruz qaldığını bildirdiyi, tibbi müayinədən keçərək hüquq-mühafizə orqanlarına müraciət etdiyi qeyd olunur.

Aparılan araşdırma çərçivəsində prokurorluq tərəfindən cinayət işi açılıb. İttiham aktında əsas şübhəli barəsində ardıcıl xarakterli ağır cinsi zorakılıq ittihamı ilə uzunmüddətli həbs cəzası tələb edildiyi bildirilir.

Digər şübhəli barəsində isə hadisəyə yardım etmə, şantaj və şəxsi həyatın toxunulmazlığını pozma ittihamları irəli sürülüb.

İstintaq materiallarında yer aldığı bildirilən yazışmalar hadisənin ictimai rezonansını daha da artırıb. Bununla belə, bütün ittihamlar məhkəmə qərarı çıxana qədər hüquqi baxımdan iddia xarakteri daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki