Məşhur fenomen hava limanında saxlanıldı: səbəb hər kəsi təəccübləndirdi!

Edda Elisa hava limanında gözlənilməz vəziyyətlə üzləşib. İddialara görə, Almaniyanın aparıcı hava yolu şirkətlərindən biri ilə uçmağa hazırlaşan fenomen geyiminin uçuş qaydalarına uyğun hesab edilməməsi səbəbindən təyyarəyə buraxılmayıb.

Fenomenin sözlərinə görə, hava yolu əməkdaşları ona geyiminin uyğun olmadığını bildirərək əlavə geyim geyinməsini tələb ediblər.

Referans Media xəbər verir ki, Edda Elisa yaşadığı hadisəni sosial media hesabında paylaşaraq əməkdaşların ona “üzərinizdə heç nə yoxdur, siz çılpaqsınız” dediyini iddia edib.

Fenomen baş verənlərdən sonra səfərini ləğv etməmək üçün əlavə geyim geyinmək məcburiyyətində qaldığını bildirib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qrup istifadəçi hava yolu şirkətinin qaydalarını müdafiə etsə də, digərləri qərarın həddindən artıq sərt olduğunu düşünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki