Dünyada nadir rast gəlinən hadisə: vulkan oyandı, hər yer palçıq altında qaldı!

İran ərazisində nadir rast gəlinən təbiət hadisəsi qeydə alınıb. Ölkənin Sistan-Bəluçistan bölgəsinin Kunarek şəhərində yerləşən Bender Teng palçıq vulkanı yenidən aktiv fazaya keçib.

Referans Media xəbər verir ki, hadisə musson küləklərinin təsiri nəticəsində baş verib. Vulkanın fəaliyyətə başlaması ilə bölgədə qeyri-adi mənzərə yaranıb.

Adi vulkanlardan fərqli olaraq burada lava deyil, böyük həcmdə palçıq kütləsi səthə çıxıb. Qısa müddətdə ətraf ərazilərin əhəmiyyətli hissəsi palçıqla örtülüb.

Mütəxəssislər bildirirlər ki, bu tip təbiət hadisələri nadir hallarda müşahidə olunur və həm elmi, həm də turizm baxımından maraq doğurur.

Bender Teng palçıq vulkanı regionun diqqət çəkən təbiət obyektlərindən biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki