Xəbər verdiyimiz kimi, ötən gün İran ərazisindən Naxçıvana dronla hücum həyata keçirilib. Nəticədə Naxçıvan aeroportunun terminalı və Şəkərabad kənd məktəbinə ziyan dəyib. 4 nəfər xəsarət alıb.
Ardınca dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda bir sıra məqamlarla bağlı tapşırıqlarını verən Prezidentin Silahlı Qüvvələrlə bağlı açıqlamasa xüsusilə diqqət çəkib. Belə ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrin “1 nömrəli səfərbərlik” vəziyyətinə gətirildiyini açıqlayıb.
Bəs “1 nömrəli səfərbərlik” nə deməkdir? Hansı hallarda tətbiq olunur?
Referans Media xəbər verir ki, İTV bununla bağlı süjet hazırlayıb və hərbi ekspertlərin məsələ ilə bağlı fikirlərini alıb.
Bildirilib ki, “1 nömrəli səfərbərlik” zamanı hərbi hissələr kazarma şəraitinə keçir. Bu isə o deməkdir ki, hərbçilərin məzuniyyət və ezamiyyətləri müvəqqəti olaraq ləğv edilir və şəxsi heyət tam tərkibdə xidmət yerində olmalıdır.
Daha ətraflı süjetdə:






















