image-ozge-ozpirincci-aldigi-ahlaksiz-teklif-i-19628116_9680_ampbackend

Özge Özpirinçcidən şok etiraf: “Əsgər məndən çılpaq foto istədi”

Məşhur türkiyəli aktrisa Özge Özpirinçci qatıldığı proqramda sosial şəbəkələrdə aldığı maraqlı və qeyri-adi mesajlardan danışıb. Aktrisa ona ünvanlanan “əxlaqsız təklif” barədə ilk dəfə açıqlama verib.

Referans Media xəbər verir ki, Proqram zamanı “Sosial mediada əxlaqsız təkliflər alırsınızmı?” sualını cavablandıran Özpirinçci başına gələn gülməli hadisəni xatırlayıb.

Aktrisanın sözlərinə görə, bir sosial media istifadəçisi ona belə mesaj yazıb: “Özge abla, əsgərdəyəm, çətin vəziyyətdəyəm. Zəhmət olmasa çılpaq foto göndərə bilərsən?”

Özpirinçci bu mesajı oxuyanda çox güldüyünü bildirib.

Aktrisa həmin mesaja cavab vermədiyini deyib və vəziyyətə zarafatla yanaşıb: “Elə demək istədim ki, ‘Ablacım, bunu doğrudan məndən istəyirsən?’”

Proqramın aparıcısı zarafatla “Bəs göndərmədin?” deyə soruşanda isə aktrisa belə cavab verib:

“Yox, nə foto göndərdim, nə də cavab yazdım. Amma mesajın ekran görüntüsünü götürüb çox adama göstərmişəm.”

Özpirinçci başına gələn bu hadisəni gülərək danışıb və sosial mediada bəzən çox qəribə mesajlarla qarşılaşdığını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki