Erməni nazir Türkiyəyə gedir

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Türkiyəyə səfər edəcək.

Referans Media xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Avanesyan iyulun 1-dən 2-dək İstanbul şəhərində olacaq. O, burada “Əhalinin sağlamlığına zəlzələlərin təsirinin azaldılması üçün səhiyyə sistemlərinin hazırlığı və cavab tədbirləri” mövzusunda keçiriləcək nazirlər konfransında iştirak edəcək./modern.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki