Ali Məhkəmə Trampın bu qərarını ləğv etdi

ABŞ Ali Məhkəməsi ABŞ administrasiyasının Federal Ehtiyat Sistemi(FED) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən kənarlaşdırmaq üçün verdiyi iddianı rədd edib.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, hakimlərin qərarına əsasən prezident Donald Tramp Kuku vəzifəsindən azad edərkən "qanunla hüququ olduğu prosedur təminatlarını təmin etməyib".

Hakimlər onun vəzifədən kənarlaşdırılması ilə bağlı yekun qərarın yalnız səlahiyyətlilər Kukun ona qarşı irəli sürülən ittihamlara cavab verməsinə tam şərait yaratdıqdan sonra veriləcəyini elan ediblər.

Xatırladaq ki, ötən ilin avqust ayının sonlarında Tramp Kuku "potensial" cinayətkar davranışda ittiham edərək vəzifəsindən uzaqlaşdırıb. O, Kukun ipoteka müqavilələri ilə bağlı yalan məlumat verdiyinə dair sübutlar olduğunu iddia edib . Kuk isə öz növbəsində istefa verməkdən imtina edib və Ağ Evi məhkəməyə verib, İdarə Heyətinin üzvü kimi statusunu təsdiqləmək üçün deklarativ və məhkəmə qərarı tələb edib.

Qeyd edək ki, Liza Kuku FED üzvlüyünə 2022-ci ildə Co Bayden dövründə təyin olunub. Tramp hakimiyyətə gəldikdən sonra FED-in rəhbər heyətini yeniləmək üçün bir sıra addımlar atıb. L.Kukun vəzifədən uzaqlaşdırılması bu addımlardan biridir. Lakin Ali Məhkəmənin qərarı Trampın qərarını qüvvədən salıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki