Evdə yaşananlar kameraya düşdü: sosial media bu görüntüləri danışır

Sosial mediada yayılan görüntülər geniş müzakirələrə səbəb olub. İddialara görə, bir şəxslə evinə çağırdığı qadın arasında ödəniş məsələsinə görə mübahisə yaranıb.

Referans Media xəbər verir ki, tərəflər arasında yaranan gərginlikdən bir müddət sonra evə bir qrup şəxs gəlib. Başlayan mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.

Hadisə zamanı həmin şəxsin döyüldüyü iddia olunur. Yaşanan anlar mobil telefonla qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb.

Hazırda hadisənin harada və hansı tarixdə baş verdiyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Görüntülərin yayılmasından sonra hadisə sosial mediada müxtəlif reaksiyalara səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki