Polad Həşimovun anasının son durumu açıqlanıb

Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son durumu açıqlanıb.

Referans Media xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə, onun müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Terapiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, S. Həşimovanın 77 yaşı var. Ona arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilib, həmçinin aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki