Prezident: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri yenidən qurur

Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur.

Referans Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı edilən paylaşımda bildirilib.

İlham Əliyev vurğulayıb ki, urbisid, kulturisid və ekosidə məruz qalmış Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur:

"Buna görə də biz beynəlxalq birliyin Azərbaycanın münaqişədən sonrakı bərpa işlərini yüksək qiymətləndirməsi və bunu dünyadakı digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi qeyd etməsi ilə fəxr edirik".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki