Prezident təqaüdçüsü Müzahim Mehvalıoğlunun yeni kitabının təqdimatı baş tutub

30 oktyabr tarixdə Azərbaycan Dillər Universitetinin Qərbi Azərbaycan Mərkəzində əslən Çəmbərək rayonu Toxluca kəndindən olan Göyçə həsrətli vətənpərvər şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Göyçə poeziya ənənələrini yaşadan və inkişaf etdirən istedadlı qələm sahibi Müzahim Mehvalıoğlunun "Öz elimin oğluyam mən" adlı kitabının işıq üzü görməsi ilə bağlı təqdimat, yeni kitabın imza günü keçirildi. Müzahim Mehvalıoğlunun zəngin və məhsuldar yaradıcılığı aşıq sənətinin və klassik Göyçə şeir məktəbinin güclü təsirini daşıyır.

Referans Media xəbər verir ki, müəllifin poetik dünyasında "Göyçə yanğısı" və yurd həsrəti ana xətt təşkil edir. Şairin yaradıcılığının ruhu, canı, qayəsi Vətənə sonsuz sevgi və sədaqət, Göycə həsrətidir. 
Tədbirdə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin üzvü Arzuxan Əlizadə, QAİ Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, ADU rektorunun müşaviri Anar Osmanlı,QAİ Aparatında koordinator İman Məmmədov, Dədə Ələsgər Ocağı İB İdarə heyətinin üzvü, Əməkdar elm xadimi, professor İbadulla Ağayev,Çəmbərək rayon icması sədrinin birinci müavini, Qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, Çəmbərək rayon icmasında Mədəniyyət, mədəni irs və mədəni abidələr üzrə məsul şəxs, AYB -nin üzvü, BDU-nun dosenti Rüxsarə Adil qızı, MuzTV-nin rəhbəri, filologiya elmləri üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov, ATU-nun professoru Yusif Əliyev, filologiya üzrə fəlsəfə doktoru Fazil İsmayılov, Qərbi Azərbaycan Tv-nin əməkdaşı Fəxriyyə Lilpar, AYB-nin üzvü, şair Zöhrə Qaraqızı, AYB- nın üzvü, şair Yusif Ağbulaqlı, AYB-nin üzvü,şair Təvəkgül Cəmilli, şair-publisist Yaqub Abbasov, Toxluca kəndinin ziyalıları, Göyçə aşıq məktəbinin istedadlı yetirməsi aşıq Xanım Göyçəli, Aşıq Xəqani Zeynalabdinov iştirak etdilər. 

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi başladı. 

Tədbiri giriş sözü ilə açan ADU-nun Qərbi Azərbaycan Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva şair Müzahim Mehvalıoğlunun mənalı həyat yolu və yaradıcılığı, yeni işıq üzü görmüş kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. "Öz elimin oğluyam mən" kiabının videotəqdimatı təqdim edildi.

Tədbir iştirakçıları Müzahim Mehvalıoğlunun yaradıcılıq yoluna nəzər salaraq, onun insani keyfiyyətlərindən söz açdılar, şairin ədəbi irsinin və humanist şəxsiyyətinin müxtəlif məqamlarını işıqlandırdılar.

Çıxış edənlər şairin həm zəngin yaradıcılığını, həm də nümunəvi şəxsiyyətini yüksək qiymətləndirdilər.

Tədbir çərçivəsində alim, pedaqoq, professor Həsən Bayramovun “Müzahim Mehvalıoğlunun bədii dünyasının mənəvi-psixoloji etüdləri” adlı kitabı da təqdim olundu və geniş müzakirə edildi.

Çıxış edən natiqlər xüsusi olaraq vurğuladılar ki, belə ədəbi-mədəni tədbirlər bir daha göstərir ki, Qərbi Azərbaycan torpağının yetirdiyi söz adamlarının yaradıcılığı xalqımızın milli-mənəvi yaddaşının qorunmasında mühüm rol oynayır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki