Sabiq nazir məhkəməyə 500 dollarlıq eynəklə gəldi: “163 milyonu haradan tapdınız?”

Türkiyədə “fond istintaqı” kimi tanınan araşdırma çərçivəsində sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, həyat yoldaşı İlyas Kaya və sabiq SPK sədri İbrahim Ömer Gönül şübhəli qismində ifadə vermək üçün məhkəməyə gəliblər.

Referans Media xəbər verir ki, məhkəmə binasının qarşısında jurnalistlərin sualları ilə üzləşən Fatma Betül Sayan Kaya və həyat yoldaşı açıqlama verməkdən yayınıblar. Xüsusilə, onlara ünvanlanan “163 milyonu haradan əldə etmisiniz?” sualının cavabsız qoyması diqqət çəkib.

Məhkəmə binasının girişində jurnalistlərin suallarını cavablandırmayan cütlük birbaşa prokurorluğun yerləşdiyi mərtəbəyə qalxıb. Onlar barələrindəki iddialarla bağlı hər hansı açıqlama verməyiblər.


Fatma Betül Sayan Kayanın məhkəməyə gələrkən taxdığı eynək də diqqətdən yayınmayıb. Məlumata görə, tanınmış brendə məxsus eynəyin bazar qiyməti təxminən 500 dollardır. Sabiq nazirin bahalı aksesuarı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki