Tanışlıq tətbiqində özünü subay kimi təqdim edən evli kişinin həyat yoldaşına xəyanət etdiyini düşünən qadın onu xəbərdar etmək qərarına gəlib. Kişinin evli olduğunu müəyyənləşdirən qadın həyat yoldaşına yazaraq mesajlaşmaların görüntülərini və telefon nömrəsini göndərib. Lakin qarşı tərəfin reaksiyası gözlənilməz olub: qadın ərini müdafiə edərək xəbərdarlıq edən şəxsi günahlandırıb.
Referans Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan yazışma qısa zamanda müzakirələrə səbəb olub.
Tanışlıq tətbiqində evli kişi ilə qarşılaşıb
Hadisə Alican adlı şəxsin tanışlıq tətbiqində özünü subay və ailəsi ilə yaşayan biri kimi təqdim etməsindən sonra başlayıb.
Qadın kişinin sosial şəbəkələrdən istifadə etmədiyini deməsindən şübhələnərək araşdırma aparıb və onun toy fotolarını tapıb. Beləliklə, Alicanın evli olduğunu öyrənib.
Bundan sonra qadın kişinin həyat yoldaşı Şengül xanıma müraciət edərək vəziyyəti izah edib. O, iddialarını əsaslandırmaq üçün yazışmaların görüntülərini və kişinin telefon nömrəsini də göndərib. Ümumilikdə 11 fotoşəkil sübut kimi təqdim olunub.
“Mənim ərim belə şey etməz”
Qadın göndərilən məlumatlara və sübutlara baxmayaraq, ərini müdafiə edib. O, xəbərdarlıq edən şəxsə belə cavab verib:
“Mən sənin kim olduğunu bilmirəm, amma günah səndədir. Mənim ərim əsla belə şeylər etməz. İkincisi, mən sadəlövh deyiləm, bu oyunlara inanmaram. Ailəmizin rahatlığını da pozma”.
Bununla kifayətlənməyən Şengül xanım xəbərdarlıq edən qadının özünün də tanışlıq tətbiqindən istifadə etməsini sorğulayıb:
“Özün də az deyilsən. Məsələn, sənin o tətbiqdə nə işin var?”
“Günahkar mən yox, ərinizdir”
Gözlənilməz reaksiya ilə qarşılaşan qadın isə son cavabında özünü müdafiə edib və ərinin həmin tətbiqdə olmasını sorğulayıb:
“Əsl az olmayan sizin ərinizdir! Evli, ailəli kişinin tanışlıq tətbiqində nə işi var? Mən subay qadın kimi həmin tətbiqdəyəm, amma sizin əriniz orada özünə tərəfdaş axtarır. Ailənizin rahatlığını pozmaq istəmirsinizsə, mənim kimi dürüst şəkildə sizə xəbər verənləri deyil, ərinizə nəzarət edin”.
Sosial şəbəkələrdə yayılan yazışma istifadəçilər arasında müzakirələrə səbəb olub. Bir çoxları qadının xəbərdarlıq etmək cəhdinə görə günahlandırılmasını tənqid edib.
