“Liverpul”u udan "Fənərbaxça"da bütün diqqətlər bir nəfərin üzərindədir!

“Liverpul” üzərində tarixi qələbədən sonra diqqətlər Emre Belözoğluna yönəlib. Fənərbaxçanın yeni baş məşqçisi komandanın 3:2 hesablı qələbəsini tribunadan izləyib. Qarşılaşmadan sonra soyunub-geyinmə otağına enərək futbolçuları və texniki heyəti təbrik edən Belözoğlunun gəlişi azarkeşlər arasında böyük sevinc yaradıb.

Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "Fənərbaxça" doğma meydanda İngiltərənin “Liverpul” klubunu 3:2 hesabı ilə məğlub edib.

Komandanın yeni baş məşqçisi Emre Belözoğlu qarşılaşmanı tribunadan izləyib. O, hələ bu oyunda komandanın başında meydana çıxmayıb. "Fənərbaxça"nı görüşə texniki məsul Dirk Kuyt hazırlayıb. Matçın final fitindən sonra Belözoğlu vaxt itirmədən soyunub-geyinmə otağına yollanıb. O, Dirk Kuyt və texniki heyəti təbrik edib, futbolçularla da ayrı-ayrılıqda görüşərək qələbəyə görə onları alqışlayıb.

"Fənərbaxça"lı azarkeşlər “Liverpul” üzərində qazanılan qələbəni Emre Belözoğlunun komandaya gəlişi ilə əlaqələndiriblər. Sosial şəbəkələrdə “Məşqçimizin ayağı uğurlu gəldi”, “Emre stadionun ab-havasını dəyişdi”, “Üzərimizdəki ölü torpağını atdıq” kimi şərhlər yazılıb.

Belözoğlunun komandanın baş məşqçisi təyin olunmasından sonra Avropanın güclü klublarından biri üzərində qazanılan bu qələbə azarkeşlərin gözləntilərini daha da artırıb. İndi əsas diqqət Emre Belözoğlunun "Fənərbaxça"nın baş məşqçisi kimi ilk oyununa və komandanın onun rəhbərliyi altında göstərəcəyi performansa yönəlib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki