Brazilayada oteldə qadın faciəvi şəkildə ÖLDÜ -VİDEO

Braziliyanın San-Luis şəhərində gənc qadın otelin 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Referans Media xəbər verir ki, hadisə noyabrın 3-də baş verib. Renata Rebeca Negrán Saldanha dos Santos adlı qadın pəncərə çərçivəsində oturmağa çalışarkən faciə ilə üzləşib.

İlkin məlumata görə, qadının ağırlığına tab gətirməyən alüminium çərçivə əyilib və o, yeddinci mərtəbədən aşağı düşüb.

Hadisə zamanı yaxınlıqda olan sevgilisi baş verənləri görərək ağır şok keçirib. O, hadisədən sonra yerdə hərəkətsiz vəziyyətdə oturub qalıb./Ajans.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki