“Fənərbaxça”da İsmail Kartalın ayrılmasından sonra baş məşqçi vəzifəsinə gətirilən Emre Belözoğlunun yeni məşqçi heyətinin tərkibi məlum olub. İstanbul təmsilçisinin yeni texniki heyətində 11 nəfərin yer alacağı bildirilir. Bundan əlavə, heyətə əcnəbi məşqçinin də cəlb olunması nəzərdə tutulur.
Referans Media-nın jurnalist Yağız Sabuncuoğluna istinadən yaydığı məlumata görə, Emre Belözoğlunun rəhbərliyi altında çalışacaq məşqçi heyətində aşağıdakı şəxslər yer alacaq:
Belözoğlunun 11 nəfərlik komandası
İlker Püren
Caner Erol
Ekrem Özerk Tufan
Özden Öngün
Hakan Özmert
Bumin Kağan Yıldız
Furkan Berk Yüksel
Kazım Çetin
Serdar Keşçi
Eray Birniçan
Toprak Kırtoğlu
Məlumata görə, Belözoğlunun məşqçi komandası bu 11 nəfərlə məhdudlaşmayacaq. “Fənərbaxça”nın texniki heyətinə əcnəbi məşqçinin də əlavə edilməsi planlaşdırılır.
Hələlik həmin məşqçinin kimliyi və yeni texniki komandada vəzifə bölgüsü barədə ətraflı məlumat açıqlanmayıb.
