Şahin Mustafayev Novakla iqtisadi əlaqələri müzakirə etdi

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.

Nazirlər Kabinetindən Referans Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki