image-mauro-icardi-galatasarayi-sili-4d123b167f-3212_1_mbackend

“Qalatasaray” azarkeşlərini şoka salan xəbər – Mauro İkardi GEDİR

Mauro İkardi “Qalatasaray”dan ayrılacağı ilə bağlı iddialar gündəmə gəlib.

Referans Media Türkiyə mətbuatına istiandən xəbər verir ki, son vaxtlar performansına görə tənqid olunan argentinalı hücumçu meneceri ilə əlaqə saxlayaraq növbəti mövsüm üçün özünə yeni klub tapmağı xahiş edib. Bildirilir ki, təcrübəli futbolçu mövsüm başa çatdıqdan sonra karyerasında yeni səhifə açmaq niyyətindədir.

Xatırladaq ki, Süper Liqada lider mövqedə qərarlaşan “Qalatasaray” son turda Trabzonspora məğlub olduqdan sonra komandada gərginlik artıb. Komandanın əsas qol silahlarından sayılan 33 yaşlı hücumçu son aylarda göstərdiyi oyunla azarkeşlərin və futbol ictimaiyyətinin hədəfinə çevrilib.

İddialara əsasən, artan tənqidlərdən narahat olan Mauro İkardi karyerasını başqa komandada davam etdirmək qərarına gəlib. Məlumata görə, futbolçu mövsümün sonuna qədər peşəkarlığını qoruyacaq, lakin yeni mövsümdə Türkiyədə çıxış etməyi düşünmür.

Qeyd edək ki, argentinalı ulduz “Qalatasaray” forması ilə qazandığı çempionluqlar və vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilmişdi. Lakin son hadisələr futbolçunun klubdakı gələcəyini sual altına qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki