Türkiyə Superliqasında İstanbul derbisi “Qalatasaray”ın qəti qələbəsi ilə başa çatıb.
Referans Media xəbər verir ki, “sarı-qırmızılar” öz meydanında “Fənərbaxça”nı 3:0 məğlub edib.
Hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.
Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vurub.
“Fənərbaxça” heyətində 62-ci dəqiqədə qapıçı Ederson qırmızı vərəqə alıb.
Bu hesabla “Qalatasaray” çempionluğa bir qədər də yaxınlaşıb.























