Qalatasaray Liverpulun iki ulduzunu istəyir

Gələcək mövsüm Süper Liqa və Çempionlar Liqası üçün iddialı heyət qurmaq istəyən Qalatasaray, transferdə ciddi addım atıb. Sarı-qırmızılılar, Liverpulun iki ulduzu Məhəmməd Salah və Vircil van Dijk üçün işə başlayacaq.

Referans Media xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Misirli hücumçu Məhəmməd Salah və komandadan ayrılması gündəmdə olan hollandiyalı müdafiəçi Vircil van Dijk üçün Galatasaray rəhbərliyi və texniki heyət planlarını hazırlayır. Klub prezidenti Dursun Özbek və baş məşqçi Okan Buruk, hər iki ulduz üçün büdcəni açmağa hazırdır.

Qalatasaray, əvvəllər Mauro İkardi, Viktor Osimhen, Leroy Sane və İlkay Gündoğan kimi önəmli oyunçuları heyətinə qatmaqla adından söz etdirib. Bu mövsümdə də eyni strategiyanı davam etdirərək, Avropanın iri klublarından ulduz oyunçuları komandaya cəlb etməyi planlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki