Ukraynanın ABŞ lisenziyası əsasında Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalını qurması 12 aydan bir neçə ilə qədər vaxt tələb edə bilər.
Referans MEDİA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Ukrayna müvafiq lisenziyaları almalıdır. Digər ölkələrdə, təkcə ABŞ-da deyil, həm də Avropada köhnə qaydalar və prosedur məsələləri mövcuddur. Bürokratiya var. Bürokratiya o deməkdir ki, hava hücumundan müdafiə sisteminin istehsalının yerləşdirilməsi, deyərdim ki, 12 aydan bir neçə ilə qədər vaxt aparır", - o bildirib.
Zelenski qeyd edib ki, lisenziya alınsa belə, Ukrayna müstəqil olaraq "Patriot" raketlərini istehsal edə bilməyəcək:
"Ukraynada istehsala gəldikdə isə, dediyim kimi, müddət onların bizə nə verməsindən asılı olacaq. Onlar sizə bəzi komponentlər verirlər, amma mən təkid edirəm ki, mümkün qədər çox komponent Ukraynada olsun. ABŞ və Ukrayna - niyə? - çünki üç, dörd və ya beş Avropa ölkəsindədirsə, bu asan deyil, çox çətindir. Yenə də bürokratiya"./Musavat.com
