Çində “Delfin” tayfunu ilə bağlı təhlükə elan edilib.
Referans Media xəbər verir ki, bu səbəbdən Şanxayın Pudun və Honqçyao hava limanlarında uçuşların təxminən 60 faizi ləğv edilib.
Ümumilikdə meqapolisdə 1384 reys ləğv olunub.
Onlardan 513-ü Honqçyao, 871-i isə Pudun hava limanının payına düşür.
Bundan əlavə, avqustun 9-dan 10-dək Çinin şərqində yüksəksürətli dəmir yolu ilə nəqliyyat əlaqəsi də məhdudlaşdırılıb:
“Tayfunun yaxınlaşması səbəbindən Şanxayda sahilyanı ərazilərdən 30 mindən çox insan təxliyə edilib.
Həmçinin Çinin Mərkəzi Meteorologiya İdarəsi “Delfin” tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək səviyyəli – qırmızı xəbərdarlıq elan edib.
Qurumun məlumatına görə, avqustun 9-da təbii fəlakətin ölkənin şərq sahillərinə – Çjezyan əyalətinin Sanmen şəhər dairəsi ilə Fuczyan əyalətinin Fudinq şəhər dairəsi arasındakı əraziyə çatacağı gözlənilir.
Tayfunun quruya çıxarkən küləyinin sürətinin saniyədə 38-45 metrə çatacağı proqnozlaşdırılır”, -deyə “Pengpai” nəşri yazıb./Globalinfo.az
