“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində İngiltərədə “Liverpul”un qonağıdır.
Referans Media xəbər verir ki, “Enfild” stadionunda keçirilən oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
