"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Referans Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

xxx

23:20

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.

Referans Media xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.

Kadi Borges 52-ci dəqiqədə fərqlənib.

xxx

22:00

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb.

Referans Media xəbər verir ki, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

Xatırladaq ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki