Aleksey Batrakov transferindən sonra hücum xəttini gücləndirməyə yönələn Galatasarayın Ermedin Demiroviç üçün ciddi addım atdığı iddia olunur.
Sarı-qırmızılıların Almaniyanın VfB Stuttgart klubunda çıxış edən 28 yaşlı hücumçu ilə razılığa gəldiyi, klubla danışıqlarda isə anlaşmaya yaxın olduğu bildirilir.
Referans Media xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Qalatasaray Demiroviç üçün Stuttgart-a ilk olaraq 15 milyon avroluq təklif göndərib. Alman klubu bu təklifi qəbul etmədikdən sonra İstanbul təmsilçisi məbləği artırıb.
İddialara əsasən, "cim-bom" ikinci təklifini 20 milyon avroya yüksəldib və tərəflər arasında razılaşmanın əldə olunmasına yaxınlaşılıb.
