Türk ölkəsindən Ukraynaya xəbərdarlıq

Qazaxıstan Ukraynanı Qara dənizdə gəmilərə hücumları dayandırmağa çağırıb.

Referans Media  xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıb.

O, Qara dənizdə Qazaxıstan gəmilərinə pilotsuz uçuş aparatları ilə hücumlara yol verilməməsini istəyib.

Tleuberdi Nyu-Yorkda həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb.

“Biz onlarla hazırda davam edən münaqişə fonunda münasibətlərimizi müzakirə etdik”, – Qazaxıstanın XİN rəhbəri bildirib.

Qeyd edək ki, avqust ayında Qazaxıstanın 2026-cı il üzrə neft hasilatı planını 98 milyon tondan 96 milyon tona endirdiyi bildirilmişdi. Buna səbəb Ukrayna Silahlı Qüvvələrinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna zərbələri göstərilmişdi. CPC-yə son hücumlardan biri iyulun 30-na keçən gecə qeydə alınıb.

Bundan əvvəl Qazaxıstan enerji infrastrukturuna edilən hücuma görə Ukraynanı “qırmızı xətləri keçməkdə” ittiham etmişdi./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki