UEFA Millətlər Liqasının A Liqası 1-ci qrupunda Türkiyə ilə qarşılaşacaq İtaliya millisində heyətlə bağlı diqqətçəkən qərar qəbul edilib. Baş məşqçi Roberto Mançini geniş heyətdən 10 futbolçunu Türkiyə səfərinə aparmayıb.
Referans Media xəbər verir ki, İtaliya millisinin 4 oyunluq period üçün müəyyənləşdirdiyi geniş heyət Nikolo Zaniolonun zədələnərək düşərgədən ayrılmasından sonra 33 futbolçudan ibarət olub.
Roberto Mançini Türkiyə ilə Bursa şəhərində keçiriləcək qarşılaşma üçün bu futbolçulardan 23-nü heyətə daxil edib. 10 futbolçu isə İtaliyada qalıb.
Heyətdən kənarda qalan futbolçular arasında Nikolo Barella, Dieqo Kopola, Daniel Maldini və Canluka Mançini kimi tanınmış adlar da yer alıb.
İtaliyada qalan digər futbolçular isə Honest Ahanor, Samuele İnasio, Eddi Kuadio, Massimo Pessina, Samuele Riççi və Məhəmməd Əli Zoma olub.
Türkiyə səfərinə aparılmayan futbolçuların hazırlıq prosesinin dayanmayacağı bildirilib.
Onlar İtaliyada xüsusi məşq proqramı üzrə çalışmalarını davam etdirəcəklər. Futbolçuların məşqlərinə Roberto Mançininin texniki heyətində yer alan Massimo Makkarone, Kristiano Lupatelli, Culio Nüçari və Luka Bossi rəhbərlik edəcək.
Beləliklə, İtaliya millisi Türkiyə ilə qarşılaşmaya 23 futbolçudan ibarət heyətlə hazırlaşacaq.
