Qatarların gecikməsinə görə sərnişinlərə kompensasiya veriləcək – Video

“Azərbaycan Dəmir Yolları” QSC qatarların gecikməsinə görə sərnişinlərə pul kompensasiyası ödəyəcək.

Referans Media  xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib.

Qaydalara əsasən:

- gecikmə 1 saatdan 2 saatadək olduqda, biletin qiymətinin 25%-i;

- 2-4 saat olduqda 50%-i;

- 4 saatdan çox olduqda 100%-i tam olaraq sərnişinə geri qaytarılacaq.

“Burada vacib məqam ondan ibarətdir ki, gecikmə ADY-nin təqsiri ucbatından baş versin. Bu qərar sərnişin hüquqlarının qorunması və dəmir yolu xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm addımdır”, - deyə ekspert qeyd edib./Bizim.Media/



Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki