ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində və Rusiya Prezidenti Vladimir Putin, eləcə də Çin Sədri Si Cinpinlə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün Çinin Şençjen şəhərinə gəlib.
Referans Media xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.
ABŞ lideri noyabrın 18–19-da Şençjendə keçirilən APEC iqtisadi liderlərinin 33-cü görüşünə qatılacaq.
